Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN-in "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
"Yanvarın 14-də xarici işlər naziri Mirzoyan və dövlət katibi Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar", - deyə məlumatda bildirilir.
Mərasim Vaşinqtonda baş tutacaq.
Gülayə Mecid