Keçmiş Amerika rəsmisi Ketrin Ostin Fitts ABŞ-də baş verən meşə yanğınlarında reper P.Diddinin ( əsl adı Şon Kombs) əli ola bilər.
"Unikal" xəbər verir ki, onun sözləri "Radar Online" nəşri sitat gətirib.
Fitts hesab edir ki, Kombs yanğınları “dəlilləri gizlətmək üçün” başlada bilər. Nəzəriyyəsinin sübutu kimi o, faciə nəticəsində P.Diddinin məşhur dostlarının əmlakına ziyan dəyməməsinə diqqət çəkib. Onun partiyasının iştirakçılarının - Cey Zi, Beyons, Cennifer Lopez , Eşton Kaçer, Leonardo Di Kaprio və başqalarının Los-Ancelesdəki bütün evləri yanğından ziyan görməyib.
17 sentyabr 2024-cü ildə P.Diddi fahişəliyi təşviq etməkdə ittiham edilərək həbs edilib.