"ABŞ Ukraynanı “Şimal axını”ndan sonra “Türk axını” qaz kəmərini ləğv etməyə çağırır".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Mənim çox güclü əminliyim var: ABŞ-nin heç bir sahədə rəqibə ehtiyacı yoxdur... Onlar öz ukraynalı müştərilərini indi Şimal axınından sonra “Türk axını”nı da dayandırmağa təhrik edirlər", - Lavrov mətbuat konfransında qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Vaşinqton Kiyevə enerji sektorunda Avropa İttifaqının enerji rifahının əsasını məhv edən terror aktları həyata keçirməyə icazə verir.