Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalamaq niyyətini erməni xalqının suveren hüququ adlandırıb.

"Unikal" xəbər verir ki, o, bu  barədə gündəlik brifinqdə deyib. 

"Münasibətləri bütün istiqamətlərdə inkişaf etdirmək Ermənistanın suveren hüququdur, biz əsas məsələyə davam edirik, bizim Ermənistanla öz ikitərəfli münasibətlərimiz var, biz bu əlaqələri yüksək qiymətləndiririk", - Kreml rəsmisi bildirib. 

Onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətlərinin ikitərəfli aspektləri ilə yanaşı, inteqrasiya prosesləri, o cümlədən Aİİ çərçivəsində qarşılıqlı fəaliyyət aspektləri də xüsusi əhəmiyyət kəsb edir.  

Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Antoni Blinkenin dövlətlər arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacağı bildirilmişdi.