Belarus Azərbaycana yeni səfir təyin edib.

"Unikal" xəbər verir ki, bununla bağlı Belarus Prezidenti Aleksandr Lukaşenko sərəncam imzalayıb. Sərəncama əsasən, Dmitri Pineviç ölkənin Azərbaycandakı yeni səfiri təyin edilib.

Qeyd edək ki, o Belarusun səhiyyə naziri vəzifəsində çalışıb.