"Toplum TV" işi ilə bağlı təqsirləndirilən və barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş Fərid İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

"Unikal" xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Fərid İsmayılov barəsində 2 ay 20 gün müddətinə qətimkan tədbiri seçilib.

*** 18:11

“Toplum TV işi” ilə bağlı cinayət işində barəsində polis nəzarətində qətimkan tədbiri seçilən jurnalist Fərid İsmayılov saxlanılıb.

"Unikal" xəbər verir ki, onun vəkili Zibeydə Sadıqova məlumat yayıb.

Fərid İsmayılzadə hazırda Xətai Rayon Məhkəməsindədir. Fərid İsmayılzadənin evində axtarış aparılıb və otaq yoldaşı Nihad İbrahimxəlilov (Libettarian) da saxlanılıb. Həmin şəxs hazırda Bakı Şəhər Baş Polis İdarəsindədir.

“Toplum TV”nin başqa bir əməkdaşı Elmir Abbasov da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb.

Bu gün, yanvarın 17-də “Toplum TV işi” üzrə istintaq yekunlaşıb.

Bu iş üzrə təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.