Expressbank rəhbərliyi 20 Yanvar faciəsinin 35-ci ildönümündə Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Şəhidlər Xiyabanına ənənəvi ziyarətini həyata keçirib. 

"Unikal" xəbər verir ki, vətənimizin müstəqilliyi uğrunda baş qaldıran cəsarətli xalqımızın məğrur şəhidləri hörmətlə anılıb və onların məzarlarına qərənfillər qoyulub. Əbədi Məşəl abidəsinin önünə Expressbank adından əklil yerləşdirilib. 
Qeyd edək ki, ziyarətdə Bankın İdarə Heyəti və Müşahidə Şurasının üzvləri iştirak ediblər.