Rusiyanın "Red Wings" aviaşirkətinin Mineralnıye Vodıdan İrəvana uçan "Sukhoi Superjet 100" təyyarəsi Mineralnıye Vodı hava limanında məcburi eniş edib.

"Unikal" xəbər verir ki, 4331 saylı Mineralnıye Vodı – İrəvan reysi üzrə uçuş həyata keçirilməyib. Buna səbəb kondisioner sistemindəki nasazlıq olub.

Təyyarənin göyərtəsində 86 sərnişin və dörd ekipaj üzvü olub. Heç kim xəsarət almayıb. Təfərrüatlar dəqiqləşdirilir.