Futbol üzrə Misli Premyer Liqasının XIX turu çərçivəsində keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
"Unikal" xəbər verir ki, köməkçi hakim Kamran Bayramovun səhhətində problem yarandığı üçün onu Şirmamed Mamedov əvəz edib.
Qarşılaşma yanvarın 19-da təşkil olunacaq.