ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiya günündə ölkədə sosial media tətbiqi "TikTok"a qoyulan qadağanı ləğv etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Bazar ertəsi günü qanuni qadağanın qüvvəyə minməsinə qədər olan müddətin uzadılması barədə sərəncam imzalayacağam ki, milli təhlükəsizliyimizi qorumaq üçün müqavilə bağlaya bilək”, - Tramp yazıb.
Onun sözlərinə görə, Amerika şirkətləri prezidentin sərəncamı verilməyənə qədər xidmətin saxlanmasına cavabdeh olmayacaq.