Bitkoinin qiyməti tarixi maksimumunu yeniləyərək 109,1 min dollara çatıb.

"Unikal" xəbər verir ki, bu barədə CoinMarketCap məlumat yayıb. 

Yanvarın 20-də Moskva vaxtı ilə saat 10:06-a olan məlumata görə, kriptovalyutanın artımı ticarət sessiyası başlayandan 108,9 min dollara qədər azalıb, 3,63% bahalaşıb.

Yanvarın ortalarında bitkoin son iki ayda ilk dəfə 90 min dollardan aşağı düşdü, bundan sonra da bahalaşmağa davam etdi.