ABŞ prezidenti Donald Tramp Panama kanalında ABŞ bayrağı altında üzən gəmilərdən alınan rüsumlardan narazılığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Tramp andiçmə mərasimindəki çıxışında deyib.
"Amerika gəmilərinə ciddi şəkildə həddindən artıq ödəniş edilir və heç bir şəkildə ədalətli davranılmır və buna hətta ABŞ Hərbi Dəniz Qüvvələri də daxildir. Ən əsası isə Çin Panama kanalına nəzarət edir və biz onu Çinə verməmişik. Biz onu Panamaya verdik. Və biz onu geri qaytaracayıq", - deyə o əlavə edib.