ABŞ prezidentliyinin son saatlarında Co Bayden ailə üzvlərini əfv edib.
"Unikal" xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında dərc edilib.
Sabiq prezident qardaşı Ceymsi, onun həyat yoldaşı Saranı, bacısı Valeri və əri Con T.Ouensi və qardaşı Frensisi əfv edib.
"Mənim ailəm davamlı hücumlara və təhdidlərə məruz qalır, bu, sırf mənə zərər vermək istəyi ilə əsaslandırılır. Təəssüf ki, bu hücumların dayanacağına inanmaq üçün heç bir əsasım yoxdur”, - Bayden deyib.