Moskva Əliyev, Putin və Paşinyanın üçtərəfli razılaşmalarını aktual hesab edir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşündə deyib.

"Biz 2020 və 2022-ci illərdə üç ölkə liderinin əldə etdiyi üçtərəfli razılaşmaların inkişafı üçün Ermənistan və Azərbaycan arasında münasibətlərin bütün istiqamətlərdə normallaşması üçün lazımi dəstəyi verməyə hazırıq", - deyə o bildirib.

Lavrov Ermənistanı təbii strateji tərəfdaş və müttəfiq hesab edərək qeyd edib ki, Moskva bu ölkə və erməni xalqı ilə qardaşlıq əlaqələrini həmişə qiymətləndirib və dəyərləndirir.

Ağarza Elçinoğlu