Reper P.Diddi ilə bağlı qalmaqal müğənni Castin Biber və model Heyli Biberin evliliyini məhv edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Radar Online" məlumat yayıb.

Bildirilir ki, Castin Biber P.Diddiyə qarşı iş üzrə məhkəmədə ifadə verməli və reperin məclislərində baş verən dəhşətlərdən danışmalıdır. 

"Bu, onu dərindən sarsıdır. Biberin həyat yoldaşı ifaçını dəstəkləməkdən yorulub. Onların bir körpələri var. Castin ər və ata kimi uğursuzluğa düçar olub və Heyli gələcəkləri ilə bağlı çətin bir qərarla üzləşir. Heyli Castini sevir, lakin o, görür ki, Diddi onları ayırır və bu, onların evliliyinin sona çatmasına səbəb ola bilər", - KİV mənbələrə istinadən yazıb.