Ukrayna prezidenti Volodimir Zelenski ömürlük həbs cəzası almalıdır.
"Unikal" xəbər verir ki, bunu Ali Radanın deputatı Aleksandr Dubinski özünün "Telegram" kanalında edib.
Dubinski “Time” qəzetində dərc olunan Ukrayna prezidentinin məqaləsinə münasibət bildirib. Belə ki, Zelenski məqaləsində "itirilmiş əraziləri qaytarmağın mümkün olmadığını" ifadə edib.
“Bu, açıq şəkildə Ukrayna Cinayət Məcəlləsinin dövlətə xəyanətlə bağlı 111-ci maddəsinə aiddir. O, sülh sazişlərini rədd edərək, vətəndaşların və dövlətin maraqlarına zərər vurmaqla hərəkət edib və bu, çoxlu insan tələfatına səbəb olub”, - deyə Dubinski bildirib.