Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kartalkayada baş verən yanğın nəticəsində baş vermiş faciə ilə bağlı milli matəm günü elan edib.
"Unikal" xəbər verir ki, yanvarın 22-də Türkiyədə matəm günü olacaq.
Qeyd edək ki, Bolu vilayətində hoteldə baş vermiş yanğında ölənlərin sayı 66 nəfərə çatıb, 51 nəfərin yaralandığı bildirilir.