İsrail Qəzzada Livan və Suriyada olduğu kimi tarixi dəyişikliklər görməyə ümid edir.

"Unikal" xəbər verir ki, bunu Davosda keçirilən Dünya İqtisadi Forumunda İsrail prezidenti İsxak Hersoq deyib.

"Biz Livan və Suriyada tarixi dəyişikliklərin şahidi oluruq. Ümid edirik ki, eyni dəyişikliklər Qəzza zolağında da olacaq. Bu, çox səy tələb edəcək", - Hersoq qeyd edib.