Bu gün Avropa Liqasında Liqa mərhələsinin VII turu start götürüb.

"Unikal" xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

İstanbulda “səkkizlik”də yerini möhkəmlətmək üçün meydana çıxan “Qalatasaray” Kiyev “Dinamo”sunu qəbul edib. Məhsuldar keçən qarşılaşmada qaplara 6 qol vurulub. Türkiyə çempionu 3:1 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Hesabı bərabərləşdirən "Dinamo" turnirdə ilk xalını qazanıb.