Biz inflyasiya meyllərinin proqnozlaşdırdığımız istiqmatdə davam etdiyini görsək uçot dərəcəsi ilə bağlı qərarlara yenidən baxılmasını nəzərdə tuturuq.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əvvəllər uçot dərəcəsinin dəyişilməz qalması düşünülürdüsə, son qərarlarda 5,8, 5,5-ə doğru azalır.

"Beləliklə, bu trend davam etdikcə biz pul siyasətinin yumuşaldılması istiqmətində düşünürük. Bu siyasətin dəstəklənməsi artır. Amma yenə də bizim inflyasiya xarici mühitdə olan amillərdən də asılıdır. Buna görə də növbəti qərarımızı bu proqnozların əsasında verəcəyik”.