Azərbaycanda orta məktəblərdə media savadlılığının tədris olunması təklif edilib. 

"Unikal" xəbər verir ki, bu təkliflə parlamentin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Sevil Mikayılova çıxış edib.

"Yaxşı olar ki, təhsildə media savadlılığı fənni daxil edilsin. Media savadlılığının məktəblərdə tədris olunmasına nail olmamışıq", - deyə deputat bildirib.

Anar Kəlbiyev