Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Qadınların Beynəlxalq Gəmiçiliyi və Ticarət Assosiasiyası (WISTA International) tərəfindən ikinci dəfə keçirilən “Dənizçilik sahəsində qadınlar” adlı sorğuda iştirak edir.
"Unikal" xəbər verir ki, üç ildən bir keçirilən sorğunun məqsədi dəniz və okean sahələrində çalışan qadınların sayı, həmçinin tutduqları mövqelər haqqında ilkin məlumatları əldə etməkdir.
Ölkəmizdə dəniz nəqliyyatı və gəmiçilik sahəsində fəaliyyət göstərən şirkətlər, təlim-tədris mərkəzləri sorğuda iştirak etmək üçün yanvarın 31-nə kimi müvafiq linkə https://forms.gle/4E4BnfV9rsuiSr4Z6 daxil olaraq iştirak edə bilərlər.
Qeyd edək ki, sorğu qadınların dənizçilik sahəsində iştirakını artıracaq proqramların yaradılmasına və dəniz sektorunda daha müxtəlif, inklüziv mühitin təşviqinə kömək edəcək.
Sorğu ilə bağlı hesabat 2025-ci ilin may ayında Beynəlxalq Dəniz Təşkilatı (IMO) və Qadınların Beynəlxalq Gəmiçiliyi və Ticarət Assosiasiyasınin (WISTA International) internet saytları vasitəsilə təqdim olunacaq.