Avropa Parlamenti Strasburqda keçirilən plenar iclasda səs çoxluğu ilə Aİ ölkələrini Rusiya mediasına qarşı sanksiyaları genişləndirməyə çağıran yeni anti-Rusiya qətnaməsini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" nəşri məlumat dərc edib.
Səsvermənin nəticələrinə görə, sənədi 480 deputat dəstəkləyib, 58 deputat əleyhinə, 48 deputat isə bitərəf qalıb.
Qətnamədə, parlamentarilərin fikrincə, “dezinformasiyanın yayılmasında” əli olan və Ukraynaya qarşı “təcavüzə haqq qazandıran” Rusiya mediasına qarşı sanksiyaların sərtləşdirilməsinin zəruriliyi vurğulanır.
Gülayə Mecid