İngiltərənin "Brentford" klubu hücumçusu Mikkel Damsqorla müqavilə yeniləyb.
"Unikal" xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Danimarka millisinin forvardı müddəti 2030-cu ilə qədər nəzərdə tutulan anlaşmaya qol çəkib. Müqavilənin sonradan daha 1 müddətinə uzadılması da nəzərdə tutulub.
Cari mövsüm İngiltərə Premyer Liqasında (İPL) 22 matça çıxan Damsqor 2 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
22 tura 28 xal toplayan "Brentford" İPL-in turnir cədvəlində 11-ci pillədə mövqe tutub.