ABŞ prezidenti Donald Tramp Davosda çıxışı zamanı “bu müharibəyə son qoymaq üçün tezliklə prezident Putinlə görüşmək fürsətinə sahib olmağı çox istərdim” deyib.

"Unikal" xəbər verir ki, Tramp tezliklə Ukraynada axan qanı dayandırmaq istədiyini bildirib. 

"Bu, iqtisadi və ya başqa bir nöqteyi-nəzərdən deyil, milyonlarla həyatın boşa getməsi nöqteyi-nəzərindəndir. Ora qan gölməçəsinə dönüb. Biz həqiqətən bu müharibəni dayandırmalıyıq", - deyə Tramp qeyd edib.