Xəbər verdiyimiz kimi, Əməkdar artist Fərqanə Qasımova və digər tanınmış şəxslərə qarşı dələduzluq edən şəxsləri polis saxlayıb.

"Unikal" xəbər verir ki, dələduzluq qurbanı olanlardan biri də aparıcı İlkin Həsənidir. 

Aparıcının sözlərinə görə, Vatsap vasitəsilə onun tanışlarından pul istəyənlər Eldəniz Mehrəliyev və Elnur Məmmədov adlı şəxslərdir. 

Əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 40 yaşlı Eldəniz Mehrəliyev və 34 yaşlı Elnur Məmmədovun bu üsulla müxtəlif məbləğlərdə pul vəsaitləri ələ keçirdikləri müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.