Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənov vəzifəsindən azad edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.
Əmrə əsasən, V.Həsənov təqaüdə göndərilib.
Hələlik onun yerinə təyinat yoxdur. Qeyd edək ki, Vilayət Həsənov 2023-cü ildə bu vəzifəyə təyinat almışdı.
Murad İbrahimli