"AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib. 

"Bir ay ərzində, ICAO standartlarına əsasən aviasiya qəzası təhqiqat işi gedir. Komissiya Rusiya, Azərbaycan və ICAO-dan olan ekspertlərin iştirakı ilə işləyir. İş qara qutulardakı materiallara əsaslanır, onlar tamamilə şifrələnəcək; Müəyyən nəticələr çıxarılacaq. Səslərin əslində pilot və ekipaj üzvləri olması təsdiqlənməlidir. Çox iş görmək lazımdır. İstintaqın nəticələrinin ilkin hissəsi gələn həftə dərc olunacaq. İstintaqı aparan təhlükəsizlik qüvvələrimiz Rusiya Federasiyası və Azərbaycanla sıx təmasdadır”, - deyə Bozumbayev bildirib.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus təyyarə Aktau yaxınlığında qəzaya uğrayıb. 38 nəfər həlak olub.

Gülayə Mecid