Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Lakin gecə saatlarında bəzi qərb rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Yağan qarın hündürlüyü Şahbuzda 5, Daşkəsəndə 1 sm-dir.

Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab, Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.