Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Xırdalan" dairəsi istiqamətində yolda təmir işləri aparılır.

Bu barədə "Unikal"a Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən nəqliyyat sıxlığı yaranıb.