Yevlaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, Goranboy rayon sakini idarə etdiyi maşınla 1997-ci il təvəllüdlü Yevlax rayon Gülövşə kənd sakini olan Fərid B.-ni vurub.
Xəstəxanaya çatdırılan yaralı piyada reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov