"Qarabağ" Misli Premyer Liqasının XXI turunda bu gün "Zirə" ilə qarşılaşacaq.

"Unikal" xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutacaq qarşılaşmadan sonra tura yekun vurulacaq.

Matç saat 19:00-da start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 36 xalı olan "Zirə" üçüncüdür.