İspaniyalı vinger Marko Asensio mövsümün sonuna kimi icarə əsasında "Aston Villa"da çıxış edəcək.
"Unikal" xəbər verir ki, İngiltərə klubunun bununla bağlı PSJ ilə razılığa gəldiyi bildirilir.
2014-2023-cü illərdə Madrid "Real"ının şərəfini qoruyan Asensio 2023-cü ildən Fransa klubunda çıxış edir. 29 yaşlı futbolçu bu mövsüm PSJ-nin heyətində ümumilikdə 16 oyunda 2 qol vurub.
Qeyd edək ki, Asensio 2016-2023-cü illərdə İspaniya millisinin heyətində 38 matçda 2 dəfə fərqlənib.