Qətərin paytaxtı Dohada stolüstü tennisçilərin “WTT Youth Star Contender Doha 2025” yarışı davam edir.

"Unikal" xəbər verir ki, turnirin növbəti günündə seçmə komandamızın üzvləri Mərziyyə Nurmətova ilə Aylin Əsgərova qoşa yarışların nəticəsinə görə fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Bundan əvvəl təmsilçilərimiz Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa mubarizəsində eyni nəticəyə imza atıblar.

Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turnirinə bu gün yekun vurulacaq.