Milyarder İlon Mask hökumət xərclərinə nəzarət etmək üçün ABŞ Ödəniş Sisteminə giriş əldə edib. 

"Unikal" xəbər verir ki, bu abrədə "New-York Times" qəzeti yazıb. 

Qəzetin məlumatına görə, 2023-cü ildə bu sistem 5 trilyon dollardan çox məbləğdə ödənişlər haqqında məlumatları emal edib.

"Bu sistem Tramp administrasiyasına birtərəfli qaydada Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərin xüsusi məqsədlər üçün xərclənməsini məhdudlaşdırmağa cəhd etmək üçün başqa mexanizm təmin edə bilər", - məlumatda deyilir.

2023-cü maliyyə ilində ABŞ Maliyyə Nazirliyinin ödəniş sistemindən 5 trilyon dollardan çox vəsait keçib. Sistemə giriş həmişə yüksək səviyyədə təsnif edilib, çünki o, federal hökumətdən sosial təminat müavinətləri, vergi ayırmaları və digər ödənişlər alan milyonlarla amerikalının şəxsi məlumatlarını saxlayır.