Azərbaycanın qadın boksçuları fevralın 5-9-u aralığında Serbiyanın paytaxtı Belqradda keçiriləcək beynəlxalq turnirə qatılacaqlar.

"Unikal" Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığmanın heyətində Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayeva (+81 kq) mübarizə aparacaq.

Qeyd edək ki, bu gün səfərə yollanan idmançılar fevralın 10-da Bakıya qayıdacaqlar.