"Bavariya" qapıçısı Manuel Noyerlə müqaviləni uzadıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Komandanın kapitanı ilə yeni sözləşmə 2026-cı ilin iyununa qədərdir.
Qeyd edək ki, 39 yaşlı qolkiper 2006-cı ildə "Şalke"dən heyətə cəlb edilib. O, 2011-ci ildən "Bavariya"nın əsas komandasında çıxış edir. Almaniyalı qapıçı“Bavariya”nın heyətində 11 dəfə Bundesliqanın, 5 dəfə Almaniya kubokunun, və 2 dəfə Çempionlar Liqasının qalibi olub.