Misli Premyer Liqasında komanda sayı artırılır.
"Unikal" xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsində qərar çıxarılıb.
İclasda Misli Premyer Liqasında klub sayının artırılması məsələsi müzakirə olunub. 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb.
Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.