Futbol üzrə Türkiyə Superliqasında XXIV tura yekun vurulub.

"Unikal" xəbər verir ki, bağlanış oyununda “Qalatasaray” səfərdə “Qaziantep”in qonağı olub.

Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 5-ci dəqiqədə Ahmet Kutucu vurub.

Bu nəticədən sonra xallarını 57-yə çatdıran “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. “Qaziantep” isə 26 xalla 12-ci pillədə qərarlaşıb.