Aktau yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə bağlı aparılan araşdırmalar yaxın günlərdə açıqlanacaq".

"Unikal" xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan mütəxəssislər demək olar işlərini bitiriblər.

"Məlumat verdiyimiz kimi ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Braziliya və İCAO-dan beynəlxalq ekspertlər cəlb olunub. Biz ilkin hesabatın yaxın günlərdə rəsmi olaraq saytımızda dərc olunacağını gözləyirik. Mütəxəssislərə öz işlərini başa çatdırmaq üçün vaxt lazımdır", - deyə Karabayev bildirib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Gülayə Mecid