Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçiriləcək oyunlara hakim təyinatları açıqlanıb.
Peşəkar Futbol Liqasından "Unikal"a verilən məlumata görə, “Kəpəz” və “Neftçi” komandaları arasında keçiriləcək görüşü İnqilab Məmmədov, “Səbail” – “Qarabağ” matçını isə Rauf Cabarov idarə edəcək.
Azərbaycan Kuboku, 1/4 final mərhələsi
5 fevral (çərşənbə)
16:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Nicat İsmayıllı
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tovuz şəhər stadionu
18:30. “Sabah” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Bank Respublika Arena”
6 fevral (cümə axşamı)
16:00. “Araz-Naxçıvan” – “Zirə”
Hakimlər:, Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Rəhman İmami
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Liv Bona Dea Arena”
18:30. “Səbail” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamranbəy Rəhimov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.