İspaniyanın “Real Madrid” komandasının futbolçusu David Alaba sıradan çıxıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, avstriyalı müdafiəçinin tibbi müayinə zamanı sol bud əzələsində zədə aşkarlanıb.

32 yaşlı oyunçunun 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, D.Alaba 2023-cü il dekabrın 18-də çarpaz bağlarından zədə almışdı. O, bu səbəbdən bir ildən uzun müddət meydana çıxa bilməyib.