"Rusiya agentlikləri Qazaxıstan Nəqliyyat Nazirliyinin Aktau hava qəzası ilə bağlı hesabatını lazımi diqqətlə öyrənəcəklər".
"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib.
Belə ki, jurnalist Peskova Qazaxıstanın “Azərbaycan Hava Yolları” (AZAL) təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabatının açıqlandığını və buna münasibətini öyrənməyə çalışıb.
Kremlin sözçüsü isə jurnalistə "Müvafiq idarələrimiz bu hesabatı lazımi diqqətlə öyrənəcək. Prezident administrasiyasının bu mövzuya münasibət bildirməsi mümkün deyil",- deyə cavab verib.
Qeyd edək ki, ötən gün Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırma ilə bağlı ilkin məlumatı yayıb.
Gülayə Mecid