Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenskini düşmən hesab edib-etməməsi ilə bağlı sualı şərh edərkən vurğulayıb ki, burada emosiyaya yer olmamalıdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
O qeyd edib ki, bu vəziyyətdə mövcud reallığı anlamaq üçün hüquqi təhlil və praqmatizm lazımdır: "Burada emosiyalara yer ola bilməz və olmamalıdır. Burada hüquqi təhlil və mütləq praqmatizm meydana çıxır. Biz baş verənlərdən tam xəbərdar".
Onun fikrincə, təhlillər göstərir ki, Zelenskinin ölkəsində legitimliklə bağlı ciddi problemləri var. Buna baxmayaraq, Rusiya tərəfi danışıqlara açıq qalmaqda davam edir. O, həmçinin qeyd edib ki, hadisələrin dinamikası və xüsusi hərbi əməliyyatın gedişatı açıq şəkildə göstərir ki, məhz Kiyev ilk növbədə danışıqlara açıqlıq və maraq göstərməlidir.
Ağarza Elçinoğlu