Ankara Respublika Baş Prokurorluğu "Survivor" yarışmasının qalibi Turabi Çamkıran barəsində saxlanılma qərarı çıxarıb.
"Unikal" xəbər verir ki, buna səbəb isə onun ifa etdiyi "Wine Me, Dine Me" mahnısının sözlərində qadınlara qarşı cinsiyyətçi və aşağılayıcı ifadələrdən istifadə etməsi olub.
Qeyd edək ki, Turabi Çamkıran həmçinin Türkiyənin məşhur idmançılarından biridir.