Ukraynada müharibə aprelin 20-də başa çatacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. 

Qeyd edilib ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması planı xarici mətbuata sızıb. Bildirilir ki, Trampın planı aprelin 20-də Moskva ilə Kiyev arasında atəşkəs əldə etməyi nəzərdə tutur.

Məlumata görə, Tramp Zelenskini Rusiya ilə danışıqlar aparmağa və aprelin 20-də Pasxa bayramı zamanı atəşkəs sazişi bağlamağa inandırmaq niyyətindədir. Yekun sülh sazişi isə bir az gec, simvolik olaraq - 2025-ci il mayın 9-dək imzalanacaq.