Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın erməni soyqırımı ilə bağlı bəyanatını şərh edib.

"Unikal" xəbər verir ki, Zaxarovanın sözlərinə görə, o heç vaxt gözləməyib ki, bu məsələyə həm Ermənistan dövlətinin, həm Ermənistan xalqının, həm də bir etnik qrup kimi ermənilərin tarixən formalaşmış, mütləq konsensus mövqeyindən fərqli yanaşılacaq.

"Mən heç vaxt düşünməmişdim ki, illərlə əziyyət çəkən, illərlə formalaşdırılan və formalaşan bu möhkəm mövqe erməni icması daxilində hər hansı dəyişikliyə məruz qalacaq. Amma görürsünüz ki, son vaxtlar hansı bəyanatları eşidirik. Amma bu, bizə ünvanlanacaq sual deyil".

Zaxarova xatırladıb ki, Rusiyanın mövqeyi Dövlət Dumasının müvafiq bəyanatında ifadə olunub və Rusiyanın bu mövqeyi dəyişdirilə bilməz.

Xatırladaq ki, Paşinyan "erməni soyqırımı" məsələsinin niyə 1939-cu ildə gündəmdə olmadığını, 1950-ci ildə isə ortaya çıxdığını bir daha dərk etməyə çağırıb.