Rusiyanın Tümen şəhərində azərbaycanlıların iştirakı ilə silahlı insident olub.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, onlara qarşı cinayət işi açılıb. Maarif Əliyev və Rəsul Mansurov adlı şəxslər məhkəmə qarşısına çıxarılacaq.
Qeyd olunub ki, azərbaycanlıların avtomobilə atəş açması nəticəsində bir nəfər güllə yarası alıb. Hadisədən sonra zərərçəkən xəstəxanaya yerləşdirilib.
Silahlı şəxslər hadisədən bir ay yarım sonra Samarada onlara qarşı federal axtarış elan edildikdən sonra həbs ediliblər.
Ağarza Elçinoğlu