İngiltərə Premyer Liqasında transfer pəncərələri dövrünün müddəti qısaldıla bilər.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, qış transfer pəncərəsinin 2 həftəyə qədər qısaldılması, yay transfer dövrünün isə mövsüm başlamazdan əvvəl bağlanması imkanları nəzərdən keçirilir.
Təklifin səsverməyə qoyulub-qoyulmayacağına liqada çıxış edən 20 komandanın sahib və rəhbərləri qərar verəcək.
Premyer Liqa klubları bu addımla mövsüm başlayandan sonra oyunçu transferləri ilə bağlı yaranan narahatlığı minimuma endirmək istəyirlər. İddiaya görə, bu təşəbbüs digər Avropa liqalarının liderləri ilə də müzakirə oluna bilər.