Yanvarın 26-dan etibarən Egey dənizində bir-birinin ardınca zəlzələlər baş verir.

"Unikal" xəbər verir ki,  AFAD-ın məlumatına görə, indiyədək 750-dən çox zəlzələ qeydə alınıb.

Zəlzələlər Santorini adasından təxminən 25 kilometr şimal-şərqdə artıb və dərinlikləri 5 ilə 25 kilometr arasında dəyişib. Məlumata görə, Egey dənizində 4,8 bal gücündə daha bir zəlzələ baş verib.